01:39 30.07.2015 638

"Qarabağ" 82 dəqiqə dözdü, "Seltik Park"da 1 qol gördü

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk matçına səfərdə çıxıb.

Təmsilçimiz Şotlandiyada "Seltik"in qonağı olub. Qlazqondakı "Seltik Park"da baş tutan oyunda 82 dəqiqə hesab açılmayıb. 82-ci dəqiqədə Dedrik Boyata künc zərbəsindən sonra hesabı açıb. Qolun ötürməsini 2 dəqiqə əvvəl meydana çıxan Kris Kommons verib. Beləliklə, "Qarabağ" çətin səfər oyununda 0:1 hesabı ilə yenilib.

Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.

"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

29 iyul
Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Dedrik Boyata, 80 (ötürmə - Kris Kommons).
Seltik: 1. Krayq Qordon, 4. Efe Ambrose, 3. Emilio İzaquirre, 5. Virgil Van Diyk, 6. Nir Biton (9. Leyq Qriffits, 69), 7. Nadir Çiftçi (15. Kris Kommons, 80), 8. Skott Broun (k), 14. Stuart Armstronq (49. Ceyms Forrest, 62), 16. Hari Makkay-Steven, 20. Dedrik Boyata, 23. Mixael Lustiq, 25. Stefan Yohansen.
Ehtiyat oyunçular: 26. Loqan Bailli, 4. Efe Ambrose, 18. Tom Roqiç, 22. Saydi Yanko.
Baş məşqçi: Ronni Deyla.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui (29. Raydell Poepon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Emilio İzaquirre, 36. Virgil Van Diyk, 44. Kris Kommons, 90+2 - Ansi Aqolli, 62.
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (Avstriya).
Hakim-inspektor: Raymond Ellingem (Uels).
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya).
Qlazqo. "Seltik Park" stadionu.

Və matç bitdi. "Qarabağ" çətin Şotlandiya səfərindən minimal hesablı məğlubiyyətlə qayıdır

90+2 - Bu dəfə Aqolli Kommonsa qarşı qaydanı pozdu. Lustinqin cərimə zərbəsinin qarşısını Rəşad aldı

90+2 - Kris Kommons Elvin Məmmədova qarşı kobud oynadı və sarı vərəqə aldı

87 - Qurban Qurbanov son silahını işə saldı. Yeni transfer Raydell Poepon meydana çıxaraq debüt etdi. O, Alharbi Əl Jadeyuini əvəzlədi

86 - Riçardın zərbəsi dəqiq olmadı

82 - Meydana yenicə çıxan Kris Kommonsın kornerdən ötürməsini Dedrik Boyata qola çevirdi

82 - QOL! DEDRİK BOYATA

82 - "Qarabağ"ın heyətində Dani Quintananı Coşqun Diniyev əvəzlədi

81 - "Seltik" korner qazandı. Topu oyuna Kris Kommonsa daxil edir

80 - Nadir Çiftçi yerini Kris Kommonsa verdi 

79 - Elvin Məmmədov qapıya zərbə endirir. Lakin zərbə qeyri-dəqiq alınır

73 - Qurban Qurbanov ilk oyunçu dəyişikliyini etdi. Elvin Məmmədov Cavid Tağıyevi əvəzlədi

73 - Reynaldo bu dəfə ofsayda düşdü

70 - Reynaldonun zərbəsi təhlükəli olsa da, dəqiq olmadı

69 - "Seltik"in heyətində Nir Bitonu Leyq Qriffits əvəzlədi

68 - Van Diykin təhlükəli zərbəsini Şehiç dəf etdi

66 - Qara Qarayev Bitona qarşı kobud oynadı. Təyin olunan cərimə zərbəsini Yohansen yerinə yetirdi

62 - "Seltik"in baş məşqçisi Ronni Deyla ilk əvəzetməni etdi. Stuart Armstronqu Ceyms Forrest əvəzlədi

62 - Ansi Aqolli Makkay-Stevenə qarşı kobud oynadı və sarı vərəqə aldı

60 - Bədavi Hüseynov qaydanı pozdu. Cərimə zərbəsini yerinə yetirən Nadir Çiftçinin fəqrlənməsinə Şehiç imkan vermir

55 - Nadir Çiftçi ofsayda düşdü

54 - "Qarabağ" daha bir künc zərbəsi qazandı. Cavidin zərbəsindən sonra top yenə kornerə çıxdı. Bu dəfə topu oyuna Dani Quintana daxil etdi

52 - Riçard qaydanı pozdu. Nadir Çiftçinin cərimə zərbəsi dəqiq olmadı

51 - "Qarabağ" korner qazandı. Dani Quintana zərbəsindən sonra top qapıdan uzaqlaşdırıldı

48 - Makkay-Steven Dani Quintanaya qarşı qaydanı pozdu

46 - İkinci hissə başladı

H/T: İlk yarı bitdi

45 - Riçardın cərimə zərbəsi dəqiq olmadı. Qapıçı Qordon topu dəf edə bildi

44 - Van Diyk Cavidə qarşı kobud oynadı və sarı vərəqə aldı

43 - Nadir Çiftçinin qarşısını "Qarabağ"ın müdafiəçiləri kəsdi

41 - Yohansenin zərbəsini Aqolli zərərsizləşdirdi

38 - Dani Quintananı bu dəfə Biton dayandırdı

36 - İzaguirre Dani Quintanaya qarşı kobud oynadı və matçın ilk sarı vərəqəsini aldı

34 - Dani Quintananın qarşısını bu dəfə Boyata kəsdi

33 - "Seltik" künc zərbəsi qazandı. Armstronq topu oyuna daxil etdi və təhlükə uzaqlaşdırıldı

30 - Olduqca yaxşı mövqedə olan Riçard qapıya zərbəsi dəqiq olmadı və top auta çıxdı

27 - Dani Quintana rəqibi əks-hücumda yaxaladı. Lakin Armstronqu keçə bilmədi

24 - Makkay-Stevenin təhlükəli zərbəsini dəf edən Şehiç qola imkan vermədi

22 - Makkay-Steven ofsayda düşdü

19 - Dani Quintananın qarşısını Armstronq kəsdi

15 - Cavidin zərbəsini Lustiq qarşıladı

6 - "Qarabağ" künc zərbəsi qazandı. Dani Quintananın yerinə yetirdiyi kornerdən sonra Cavid dəqiq oynamadı

6 - Reynaldonun cərimə zərbəsi dəqiq olmadı

5 - Riçardın qarşısını Broun kəsdi

3 - Lustiqin zərbəsini Aqolli qaytardı

1 - Oyun başladı

Matçdan öncə: Fanat.az qarşılaşmanı tekst şəklində yayımlayacaq.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X