Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Şotlandiyada "Seltik"in qonağı olacaq. Fanat.az xəbər verir ki, matç öncəsində ağdamlıların heyətində ciddi itki baş verib.
Belə ki, sağ cinah müdafiəçisi Maksim Medveden ötən gün məşq zamanı zədələnib. Klubdan aldığımız məlumata görə Maksimin bu gün MR-i çəkiləcək. Yalnız bundan sonra onun oynayıb-oynamayacağı bəlli olacaq.
Qeyd edək ki, "Seltik" - "Qarabağ" matçı saat 23:45-də start götürəcək.//Sport7.az
Fanat.az