"Neftçi” ilə oyunda komandamızın oyununu bəyəndim. Bu qədər qol vəziyyətindən yararlana bilməməyimiz çox böyük bəxtsizlikdi. Lakin biz bir futbolçunun üzərinə düşüb “niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?” deyə irad bildirsək düzgün olmaz". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Toşak klubun rəsmi saytına açıqlamasında komandaya inandığını bildirib: "Qolu vurmaq üçün bəzən müdafiəçilərimiz də irəli gedir. Deməli bütün komanda qol vurmağa borclu idi. Hiss edirəm məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Mən tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki, onlar pul verib matçı izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdu. Bununla belə komandamızın getdikcə daha yaxşı oyun göstərməsi bizim düzgün yolda olduğumuzu göstərir. İnanıram ki, “Xəzər Lənkəran” tezliklə uğursuzluq zolagından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcək!”