"Kəpəz"in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu ev matçlarını doğma arenada keçirəcək.
İlk belə oyun II tura təsadüf edəcək. Avqustun 16-da baş tutacaq qarşılaşmada "Kəpəz" Premyer Liqanın debütantı "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, Gəncə şəhər stadionu heç də ideal vəziyyətdə deyil. Stadionun qazonunun bərbad vəziyyətdə olması ilə yanaşı, tribunaları da qəzalı vəziyyətdədi. Məlumata görə, təhlükəli vəziyyətdə olan tribunalar bağlanacaq və azarkeş buraхılmayacaq.
Fanat.az