Şotlandiya çempionatında yeni mövsümə start verilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Seltik" ilk matçına evdə çıхıb.
Qlazqo təmsilçisi "Ross Kounti"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Seltik"in heyətində Leyq Griffits və Stefan Yohansen fərqlənib.
Qeyd edək ki, "Seltik" ilk oyunda "Qarabağ"ı 1:0 hesabı ilə yenib. Cavab matçı avqustun 5-də Bakıda keçiriləcək.
Fanat.az