İyulun 30-dan 17 yaşadək futbolçulardn ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. Fanat.az xəbər verir ki, avqustun 7-dək davam edəcək toplanışda 24 futbolçu iştirak edir.
Baş məşqçi Təbriz Həsənov Rusiyanın "Maşuk KMV", "Anji", "Politex", Ukraynanın "Metallurq", Türkiyənin "Göztəpə" klublarının üzvləri ilə yanaşı "Traktorsazi"nin oyunçusunu da Bakıya çağırıb. Belə ki, Aydın Bahari millimizin toplanışında iştirak edir.
Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Pərviz Həsənov, Elçin Əsədov, Aslan Bədəlzadə (hamısı "Neftçi"), Məmməd Hüseynov, Süleyman Əhmədov (ikisi də "Qarabağ"), Nadir Qasımov, Ceyhun Muxtarlı (ikisi də "İnter"), İbrahim Qədirzadə, Yusif Həsənov (ikisi də "Xəzər Lənkəran"), Rijat Qarayev (Əlincə), Əskər Hüseynov (AZAL), Oruc Bayramov (Vətən), Samir Əliyev (Bakı), Murad Popov (klubsuz), Şamil Murtuzəliyev, Əhmədxan Səfərov (ikisi də "Politex", Rusiya), Cahangir Ömərov (Maşuk KMV, Rusiya), Yaraxmed Mahmudov (Anji, Rusiya), Emin Səfixanov (Metallurq Donetsk, Ukrayna), Mustafa Şalış (Göztəpə, Türkiyə), Aydın Bahari (Traktorsazi, İran).
Fanat.az