Premyer Liqanın 2015/16 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqası klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.
Belə ki, “Neftçi” - “Kəpəz” oyunu avqustun 8-dən 9-na keçirilib. “Rəvan” və “Sumqayıt” arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 8-də deyil, 10-da reallaşacaq. “Qəbələ” - “Qarabağ” matçı isə avqustunda 9-da yox, 10-da baş tutacaq.
Fanat.az