"Yaxşı oynadıq. "Seltik"in oyunçuları xoşuma gəlmədi. Çünki meydanda futboldan başqa hər şeylə məşğul idilər. Təxribata çəkirdilər. Əsasən də kapitanları. "Seltik"ə bir az simpatiyam vardı, amma bu oyunda uduzmağımıza görə deyil, həmin hərəkətlərinə görə bundan sonra o komandaya heç vaxt zərrə qədər də azarkeşlik etmərəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev "Seltik"lə oyundan sonra deyib.
Futbolçu rəqib oyunçuların söyüş söydüyünü bildirib: "Söyüş söyürdülər, lazım olmayan vəziyyətlərdə ayağa vururdular. Söz atırdılar, bizim oyunçular səhv ötürmə edəndə yanlarında gülürdülər. Təxribatçı ifadələr işlədirdilər. Düşünürəm ki, meydançanın belə olmağı da oyunumuza təsir etdi. Çünki burada həm "Seltik", həm də meydançaya qarşı oynadıq".
Fanat.az