16:27 28.08.2013 887

“Tale Heydərov vəd verdi...”- MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. “Sport-eskpress”ə danışan çalışdırıcının müsahibəsini müəyyən ixtisarla diqqətinizə çatdırırıq


- Xaricdə çox işləmiş azsaylı rus məşqçilərdənsiz. Başqa ölkədə çalışmaq üçün əsasən nəyə fikir verməlisən? 

- İlk növbədə getdiyin ölkənin yerli mentalitetinə bələd olmalısan. Axı öz qaydalarınla tanımadığın kilsəyə girməyin mənası yoxdu. Məşqçi özü olaraq qalmalı, bununla yanaşı, yerli mühiti də nəzərə almalıdı. 

- Çalışdlığınız “Qəbələ”də çoxlu müsəlman futbolçu var. Dediyiniz həmin qaydalar bununla bağlıdı?

– Bəli. Sizə bir misal çəkim. Ramazan bayramı günlərində müsəlmanlar şam yeməyini axşam saat doqquzdan sonra yeyirlər. Ona görə də biz çox vaxt məşqə axşam səkkizin yarısında çıxırdıq. Ümumiyyətlə, bu, çətin məqamdı. Avropa statistikası göstərir ki, oruc tutan futbolçuların zədələnmə ehtimalı çox olur. Özü də söhbət ciddi zədələrdən gedir. 

– Əvəzində həmin futbolçular spirtli içki içmədiyinə əmin olursuz. 

– Bilirsiz, bizdə bu yöndə problem yoxdu. Bəlkə də əvvəllər belə hallar olub. Son illər isə oyunçular arasında açıq alkoqolizm meyillərinə rast gəlməmişəm. 

- “Qəbələ”yə gəlişiniz necə oldu?

- Kiyev “Dinamo”sundan ayrılandan sonra uzun müddət istirahət etdim. Əvvəlcə hər şey ürəyimcə idi: istədiyin vaxt yuxudan oyanırsan, heç nə ilə məşğul olmursan. Fasilə dönəmində çox səyahətlər etdim. Dostlarımla stadiondan izləyə bilmədiyim matçlara baxdım. Məsələn, “Real” – “Barselona” oyununa. Amma getdikcə istirahətdən bezirdim. Öz işim üçün darıxırdım. Belə bir vaxtda “Qəbələ”nin prezidenti Tale Heydərov zəng vurdu, əla şərait vəd etdi. Oğlumun mənimlə birgə işləməsinə razılıq verdi. Mən də onun təklifinə “hə” dedim. Halbuki, Qətər və Birləşmiş Ərəb Əmirliklərində də işləmək imkanım var idi. Keçmiş SSRİ ölkələrində çalışmaq məni həmişə cəlb edib. 

- Bu mövsüm qarşınıza hansı hədəflər qoyulub. 

- Məqsəd avrukoboklara düşməkdi. Bunun üçün ən azı üçüncü yeri tutmalıyıq. 

- Siz “Qəbələ”nin qəbul etməzdən əvvəl yəqin bu komandanın tarixini öyrənmişdiz. Ötənlərin məşhur ingilis müdafiəçisi Toni Adams “Qəbələ”ni çalışdırsa da, yalnız altıncı yeri tutmuşdu. Sizin üçün perspektivi olmayacaq işi qəbul etmək həyacanı yox idi? 

- Yox. Məsələ bundadı ki, komandada köklü dəyişikliyə ehtiyac duyulurdu. Lazım olanı həyata keçirdim. Mənimlə doqquz yeni futbolçu gəldi ki, onlardan da yeddisi əsas heyətdə oynayır. Bundan başqa, artıq “Qəbələ”nin oyun planında çatışmazlıqlarını öyrənmişəm. Əminəm ki, bunu həll edib mükafat uğrunda mübarizə aparacağıq. Yeri gəlmişkən, burda ciddi, rəqabətli çempionat var. Hazırda lider “Neftçi”di (müsahibə nəşrin dünənki sayında işıq üzü görsə də, “Neftçi”  lider olduğu vaxtda alınıb – red.). Amma başqa güclü komandalar da var. Məsələn, “Qarabağ”. Azərbaycan çempionatı inkişaf edir. Vaxt gələcək, burda işləmək üçün məşqçilər növbəyə duracaq. 

– Azərbaycan premyer-liqası ilə Rusiya çempionatını müqayisə etmək olar?

– Bu müqayisə mənasız alınar. Fikrimcə, Rusiya çempionatı Avropadakı beş ən güclü çempionatdan biridi. Azərbaycanda dörd komanda var ki, onlar Rusiyada 10-11-ci yerlər uğrunda yarışa bilər: “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”.
 
– Tale Heydərov haqda nə deyə bilərsiz? 

– O, futbolu çox sevir. İngiltərə premier-liqasını yaxından izləyir və istəyir ki, Azərbaycanda da futbol Britaniya standartlarına uyğun inkişaf etsin. Qəbələ kiçik şəhərdi. Ancaq uşaqlar futbola getməkdən, akademiyanın meydançasında futbolla məşğul olmaqdan zövq alır. Keyfiyyətli futbolçu yetişdirmək asan iş deyil. Lakin yaxşı şərait və məçqçi olsa, planları həyata keçirmək mümkündü. Bundan başqa, Azərbaycanda maraqlı limit var: meydandan hökmən 19 yaşlı (əslində 21 yaşadək – red.) bir yerli futbolçu olmalıdı. “Qəbələ”ni sifariş ərizəsində isə 17 yaşlı futbolçu yer alıb. O, akademiyamızın yetirməsidi. Biz həmin oyunçunu tədricən əsas heyətdə meydana buraxırıq. 


– Tale Heydərovla tez-tez danışırsız? 

– Az-az. Əsasən vitse-prezidentlə (Fariz Nəcəfov – red.) ünsiyyətdə oluruq. Heydərov çox məşğuldu. Hərçənd, bizim bütün oyunlarımıza baxır. 

- Sizə gözlədiyiniz bir sual verəcəyik. Hər halda “Qəbələ”yə getməyinizdə ən çox nə rol oynadı? Səbəb puldadı, yoxsa?.. 

– Mənim kredom sadədi:  məşqçi işləməlidi. O, ekstremal vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdı. Uzun müddət işsiz qalsan, bu vacib amil də itə bilər. “Qəbələ”yə gəlməyim geri doğru addım idimi? Bunu bizim nəticələr göstərəcək. Düzü, mənim üçün geriyə addım ümumiyyətlə işləməməkdi. İş olmayanda, istənilən insanda “paslanma” baş verə bilər. 

- Belə kiçik şəhərdə böyük futbol klubu yaratmaq arzusu reallıqla uzlaşır?

- Məncə, hə. “Qəbələ”nin artıq əla infrastrukturu var. İnfrastruktur olduqca önəmlidi. Kiçik şəhəri təmsil edən komandaların çempion olduğunu görməmisiz? 


- Hazırkı “Qəbələ”ni siz qurmusuz? 

– Hə. Əlbəttə ki, Azərbaycan futbolundakı müəyyən adamlarla məsləhətləşdim. Oyunçuların əksəriyyətini komandaya özüm gətirdim. Özü də futbolçuların çoxu “Qəbələ”ni xərcə salmadı. Çünki onların əvvəlki klubları ilə müqavilələrinin müddəti  bitmişdi. 

– Komandanıza rusiyalı futbolçular dəvət etmək istədiz? 

– İstək var idi. Amma başa düşmək lazımdır ki, keyfiyyətli futbolçu Rusiyada Azərbaycandakından daha çox qazanır. Ona görə də rusları heyətə cəlb etmək çətindi. 

– Dmitri Sıçevi gətirmək fikrinə düşməmisiz? 

– Ona əvvəlki səviyyəsinə qayıtmaq çətin olacaq. Sıçev müəyyən müddət elitada oynaya bilər. 

– Bəs Bussuf və Diarra necə? 

– Siz nə danışırsız? Bu, artıq başqa maliyyə səviyyəsidi. Ümumiyyətlə, siz deyin, 29 yaşlı futbolçuya (söhbət Bussufdan gedir – red.) 15 milyon avro verməyin mənası varmı? Mən yaşı 30-a çatan oyunçuya bu qədər pul vermərəm. Məgər, o, mövsümdə 20 qol vurur? 

– “Qəbələ”nin bir neçə oyunçusu Azərbaycan millisində top qovur. Rusiyanın seçmə mərhələnin son oyununda qarşılaşacağı Azərbaycan millisi haqda fikirləriniz necədi? 

Rusiyanın bundan sonra qrupda oynayacağı rəqiblər arasında Azərbaycan ən çətinidi. Həm də seçmə mərhələdə hər şey baş verə bilər. Kim fikirləşərdi ki, Kapellonun komandası Şimali İrlandiyaya boyun əyəcək?

Fanat.az




Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X