11:00 06.08.2015 528

Yığmanın qapıçısı "Qəbələ"yə keçir

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası növbəti mövsümə hazırlığı davam etdirir. Yeni baş məşqçi Ramin Quliyevin rəhbərliyi ilə iyulun 1-dən etibarən Qəbələdə təlim-məşq toplanışı keçən “qırmızı-qaralar” yoxlama matçlarında da qüvvələrini sınayırlar.


Geridə qalan müddətdə gənc əvəzedicilər 4 yoldaşlıq görüşünün 4-də də qalib gəliblər. İlk oyununu iyulun 16-da Bakıda Azərbaycanın 19 yaşlılardan ibarət yığmasına qarşı keçirən komanda 2:1 hesablı qələbə qazanıb. “Qəbələ”nin heyətində Əli Əlizadə və Baxşəli Baxşəliyev fərqlənib. İyulun 18-də “Kəpəz”in əvəzedici komandası ilə matçda 2:0 hesabı ilə qalib gəliblər (qolları Ülvi İbazadə və Baxşəli Baxşəliyev vurub). Quliyevin yetirmələri sayca 3-cü qələbəni ötən mövsüm əvəzedicilər arasında Azərbaycan çempionu “İnter” üzərində qazanıblar. 2:1 hesablı zəfərə Şamil Camaləddinov və Ehtiram Şahverdiyev öz qolları ilə töhfə veriblər. Son yoxlama matçı isə iyulun 31-də Premyer Liqada mübarizə aparacaq “Rəvan”la baş tutub. "Qəbələ" Bakı təmsilçisini böyük hesabla üstələyiblər. Xüsusilə birinci hissədə “Rəvan” sözün həqiqi mənasında topa tutulub. Sahil Mirzəyev, Roman Hüseynov, Emin Zamanov, Elvin Camalov və Ehtiram Şahverdiyevin qolları ilə “Qəbələ” fasiləyə 5:0 hesabı ilə yollanıb. İkinci hissədə isə Quliyev heyətdəki bütün futbolçuları dəyişdiyindən, “Rəvan” nisbətən fəallaşıb. Yekunda hesab 6:3 olub.


Əvəzedicilərdə heyətlə bağlı yeniliklər var. Komandanın meneceri Nahid Ramazanovun "Qəbələ İK" qəzetinə verdiyi məlumata görə, düşərgəyə həm digər klublardan, həm də “Qəbələ” Futbol Akademiyasından futbolçular cəlb olunub: “Simurq”un yarımmüdafiəçisi Yusif Dilanovun transferi başa çatıb. Yoxlama matçlarında fəallığı ilə seçilən, qol vuran Ülvi İbazadənin də “İnter”dən komandamıza keçidi demək olar, həllini tapıb. Onların hər ikisi 1996-cı il təvvəllüdlüdür. Bundan başqa, Azərbaycanın U-17 yığmasının qapıçısı Murad Popovun da xidmətində maraqlıyıq. O, əslən ukraynalı olsa da, Azərbaycan pasportuna malikdi. 16 yaşlı futbolçu ilə danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədi”. 


“Qəbələ” Futbol Akademiyasından isə Əziz Quliyev, Əli Əlizadə, Süleyman Süleymanov (U-19), Rövlan Muradov, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev və Amin Seydiyev (U-17) təlim-məşq toplanışında iştirak edirlər.


Xatırladaq ki, 2014/15 mövsümü bitdikdən sonra ispaniyalı baş məşqçi Luis Antonio Araqonla birgə bir neçə futbolçu da komandadan ayrılıb. Cavid Əsgərov, İbrahim Aslanlı, Elton Xudadatov, Müşfiq Teymurovla əməkdaşlığa son qoyulduğu halda, Elnur Mustafazadə və Tellur Mütəllimov icarəyə verilib


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X