"Qəbələ" bu yay heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Klub rəsmisi bildirib ki, Robert Maahla ilkin razılıq əldə etdiklərini bildirib: "Uzun müddət idi ki hücumçu, hücumameyilli futbolçu axtarırdıq. Hətta Fransanın II liqasında, “Orlean” klubunda çıxış edən hücumçu Robert Maahla ilkin razılığa gəlmişdik. Ancaq bizə məlum səbəblərdən onun keçidi alınmadı. Maah Türkiyənin “Göztəpə” klubu ilə müqavilə imzaladı".
Qeyd edək ki, 30 yaşlı forvardın son iş yeri "Orelan" olub. O, 2014/15 mövsümündə Fransanın 1-ci liqasında çıхış edən klubun heyətində 35 oyuna çıхıb və 10 qol vurub. Fransalı hücumçu əvvəllər İtaliyanın "Bari", "Ravenna", "Pro Sesto", "Qrosseto", "Komo", "Çittadella", Belçikanın "Mouskron" və Rumıniyanın ÇFR klublarında top qovub.
Fanat.az