14:13 06.08.2015 610

“Qarabağ” məğlubiyyətə layiq idi...

Elbrus Ərud 

Qafqazinfo.az


“Qarabağ”ın ötən il qazandığı nailiyyət, yəni Avroliqanın qrup mərhələsində oynaması yəqin ki, elə ən böyük uğuru kimi də tarixdə qalacaq. “Qarabağ”dan bundan artığını gözləməyə dəyməz, dünənki oyun da nostalji eyforiyası idi, bir-iki oyuna bu da bitəcək. Və “Qarabağ” necə deyərlər kəndinə qayıdacaq. Bu, mənim sevimli komandamızla bağlı proqnozum, jurnalist rəyimdir. 


Məsələn, dünən oyundan qabaq uşaqlara, hətta, biabırçı məğlubiyyətə layiq olduğumuzu demişdim. Yalnız rəqibin mövcud hesabı qoruma taktikası bizi bu rüsvayçılıqdan xilas elədi. “Seltik” həm zədədən, həm riskdən qorunmaqla, meydanda tər tökmədən özünə lazım olanı elədi. Bizimkilər isə özlərinə ucuz təsəlli verib uduzmadıqları ilə öyündülər. Halbuki, 90 dəqiqə ərzində normal bir hücum təşkil edə bilməmək, cəmi bir qol epizodu belə yaratmamaq elə özü vəziyyətin acınacaqlı olduğunu aydın göstərirdi. Oyun var, qol yoxdur, yəqin ki, heç vaxt da olmayacaq. Sözümün canı odur ki, böyük hesabla uduzmadıqsa, buna “ancaq bəxtimiz gətirdi” deyə bilərik. Əslində biz “Rudar”a məğlub olacaqdıq. Hamı gördü ki, “Qarabağ” “Rudar” kimi komandanı zorla məğlub edib növbəti mərhələyə çıxdı.


Bu məğlubiyyətin əsası isə ötən il Avroliqanın qrup mərhələsi başa çatanda qoyulmuşdu. Həmin vaxt “İnter”lə oyun bitəndən sonra qış pəncərəsində “Qarabağ” bütün varını-yoxunu ortaya qoyub heyətinə ən azı iki orta səviyyəli futbolçu qatmalı idi. Heç olmasa hər birinə 5 milyon xərclənməklə Reynaldodan bir baş üstün olan iki futbolçu alınmalı idi ki, dünən “Seltik”in qapısına bir qol vura bilsinlər. Əlbəttə, bu il növbəti uğuru istəyirdilərsə... Camaat dünyanın heç olmasa orta səviyyəli klublarından transfer gözlədiyi halda Qurban Qurbanov urranmış bostana çevrilən “Bakı”dan, məhəllə futbolu oynayan “Xəzər Lənkəran”dan, nə bilim havayı top qovan “İnter”dən futbolçu gətirməyə məcbur edilirsə, o zaman bu nəticə də qabaqcadan planlaşdırılmalıdır. Uğur onda olardı ki, “Qarabağ”a Gökan Törə kimi biri gətirilsin və az qala bir komandaya çəkilən xərc təkcə ona ödənsin. Məhz bundan sonra “Qarabağ”dan qeyrətli oyun gözləməyə dəyərdi. Yəqin ki, “Qarabağ”ın baş bilənləri bu situasiyanı məndən daha yaxşı bilməmiş deyillər. Və lazım olmayıb ki, onlar Muarremmin, Leroyun yerinə Elvin Məmmədovu transfer elədilər. Kintana, Əl Jadeui, Pupona verilən pulu cəmi bir ortababab hücumçuya, tutalım Pyerre Veboya verə bilərdilər, vermədilər. Sadəcə ona görə ki, “Qarabağ” elə Azərbaycan brendi kimi də qalmalıdır. Necə deyərlər, Azərsun “Qarabağ”a daxili bazar üçün istehsal elədiyi günəbaxan yağları kimi baxır. Piştaxtada bərq vurur, alternativi də yox... Yəni narahat olmağa dəyməz, “beliçka” tumları, “möcüzə” yağları nə qədər bazarda lider olacaqsa, “Qarabağ” da çempionatda lider olacaq. Başqa heç nə...


Dünən Tahir Gözəl az qala oğlunu əsgərliyə yola salan ata kimi kövrələrək Muarremdən ötrü darıxdığını deyib. Hələ dünyanın heç bir yerində klub rəhbərliyi yola saldığı oyunçunun dalıyca göz yaşı tökməyib. O getdi və yerinə başqası gətirilib.


Əgər bular Qarabağ nisgilini az da olsa, “Qarabağ”la unudan bu insanların sevinməyini istəsəydilər, o zaman mən deyəni edərdilər. Onlar çox yaxşı bilirdilər ki, bizim sevincimiz bir mərhələdən o yana keçməyəcək. Bizim axıra kimi sevinməyimiz onsuz da heç vaxt baş verməyib. Elə yerimizdə qurcalanırıq ki, birini vurub atırlar qırağa... Yoxsa, nə baş vermişdi? Keçən il uşaqdan böyüyə, adi vətəndaşdan ölkə prezidentinə qədər “Qarabağ” azarkeşinə çevirildi. Klub bütün mənalarda dəstəkləndi. Hər oyununda stadion doldu-daşdı. Bəlkə də, Azərbaycanda ilk dəfəydi ki, demək olar ki, həm ötən il, həm də bu il “Qarabağ”a görə insanlar stadiona axışdı. Bəli, məhz bu klubun adına görə. Yoxsa futbol çox elə bizim vecimizədir. Əgər biz natura etibarı ilə futbol azarkeşi olsaq, elə bu gün sürünə-sürünə gəlib 3-cü təsnifata çıxan “İnter”in, “Qarabağ”dan da perspektivli bir komandaya çevirilən “Qəbələ”nin oyununa gedib baxardıq də... Bizi indiki halda stadiona sürüyən başımızın daşı Qarabağdır...  Ona görə də, lütfən, sizə yalvarıram, heç olmasa bu dəfə hisslərimizlə oynamayın, “Qarabağ”ı Qarabağa döndərməyin...


P.S: Bir də nə vaxta qədər ki, İbrahimoviç Azərbaycana futbol oynamağa yox, antrikod yeməyə dəvət olunur, bu ölkədə futbol heç vaxt hadisə olmayacaq...

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X