2015/16 illər mövsümü Topaz Premyer Liqası adlandırılacaq. Fanat.az xəbər verir ki, Topaz və Peşəkar Futbol Liqası rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və müqavilənin müddəti 1 il artırılıb.
Qeyd edək ki, "Topaz" 3 mövsümdü Premyer Liqanın sponsorudu. Bir müddət əvvəl PFL-in prezidenti Ramin Musayev "Topaz"ın Premyer Liqaya sponsorluq etməkdən imtina etdiyini açıqlamışdı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol