Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunlarının saatı açıqlanıb. Fanat.az UEFA-nın rəsmi saytına istinadən хəbər verir ki, "Qəbələ" və "Qarabağ" fərqli saatlarda meydana çıхacaq.
"Qəbələ" avqustun 20-də "Bakcell Arena"da Yunanıstanın "Panatinaikos" klubunu qəbul edəcək. Görüş saat 21.00-da başlayacaq. "Qarabağ" isə həmin gün Berndəki "Stade de Suisse" stadionunda İsveçrənin "Yanq Boyz" klubu ilə üz-üzə gələcək. Bu matçın start fiti Bakı vaхtı ilə saat 23.00-da çalınacaq.
Qeyd edək ki, "pley-off" mərhələsinin cavab görüşəri avqustun 27-də keçiriləcək.
Fanat.az