Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubunun qonağı olacaq "Qarabağ" artıq Berndədi. Fanat.az xəbər verir ki, ötən gün çarter reysi ilə səfərə yollanan Ağdam təmsilçisi təxminən 5 saatlıq yolçuluqdan sonra Bakı vaxtı ilə saat 22.00-da İsveçrə paytaxtına çatıb.
Komandaya mənzil başına çatdıqdan sonra istirahətə çəkilib. Baş məşqçi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 18.30-da Berndə oyunun keçiriləcəyi arenada mətbuat konfransı keçirəcək. Bundan 30 dəqiqə sonra isə "Qarabağ"ın son məşqi başlayacaq.
Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı avqustun 20-də keçiriləcək və saat 23.00-da start götürəcək.
Fanat.az