Zaman-zaman aqressiv hərəkətləri ilə gündəmə gələn dünyaca məşhur futbolçu Dieqo Maradona bu dəfə argentinalı jurnalistləri hədəf alıb.
Belə ki, Maradona Buenos-Ayres hava limanında bir fotomüxbiri döyüb.
Bununla hirsi soyumayan Maradona digər media nümayəndələrini də təhqir edib.
Maradona ilə eyni təyyarədə gələn sərnişinlərdən biri də məşhur futbolçunun onu təhqir etdiyini söyləyib.
Qeyd edək ki, Ərəbistanda məşqçi işləyən zaman Maradona orada da aqresiv hərəkətləri ilə tez-tez gündəmə gəlirdi.
İdman24.az