12:20 27.08.2015 575

Məhkəmə Cavid Hüseynovu azadlığa buraxmadı

Səbail Rayon Məhkəməsində “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb. Fanat.az xəbər verir ki, futbolçu özü də məhkəmə zalına gətirilib.

Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib. Məhkəmə qərarına əsasən, Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.

Qeyd edək ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Cənubi Kiprin "Apollon" klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook" səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. 

Rasim Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

İstintaq zamanı Rasim Əliyevə məxsus "iPhone-5" markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib. Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.//report.az

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
20:32

MPL: "Turan Tovuz" - "Neftçi" oyununda 3-cü qol - YENİLƏNİR

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X