"Yanq Boyz"un 30 faiz şansının olduğunu deyə bilərəm. "Qarabağ"ı onun meydanında məğlub etmək çox çətin olacaq. Bu komandanın heyətində çıxış edən futbolçular üç ildən çoxdu ki, bir yerdə oynayırlar. Oyunçuların birgə böyüdüklərini demək olar. Yüksək keyfiyyətli komandadı". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara deyib.
İsveçrə yığmasında oynamış futbolçu hazırda ABŞ-ın "San Xose" klubunda çıxış edir. Emeqara Qurban Qurbanovla da bağlı danışıb: "Onu tanıyıram. Oyunçularına heç vaxt təzyiq göstərmir".
Emeqara "Yanq Boyz"un ilk oyunda "Qarabağ"a məğlubiyyətinin səbəbini də açıqlayıb: "Yanq Boyz" ilk matçda "Qarabağ"ı düzgün qiymətləndirməmişdi. Ona görə də məğlub oldu".
Fanat.az