"Hər bir futbolçuma sağol demək istəyirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik". Fanat.az xəbər verir ki, bu sözləri "Yanq Boyz"la oyundan (3:0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi stress altında olduğunu deyib: “Qarabağ”ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən bu komandanı çalışdırmaq böyük məsuliyyətdi. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq".
Qurbanov yeni futbolçu almaq istədiklərini deyib: "Hələ ki, 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Məni də düzgün başa düşün. Gərək transfer məsələsində çox götür-qoy edəsən".
Mütәxәssis "Ananız bir dәfә demişdi ki, belә oyunlar olanda hәyәcanlanıram. Bu qәlәbәdәn sonra onunla әlaqә saxlamısınızmı" sualına belә cavab verib: "Yox. Hәlә bundan sonra saxlayacam. Mәnim uğuruma әn çox sevinәn odur. Mәğlub olanda üzülür. Onu öpürәm, tәbrik edirәm".
Qurbanov oyundakı әvәzetmәlәrdәn dә danışıb: "Yerli futbolçular milli komandanın düşәrgәsinә gedәcәk, legionerlәr isә istirahәtә daha çox vaxt olacaq. Ona görә dә legionerlәri meydanda saxladım. Әfran İsmayılov da milliyә gedәcәk. O, tam formasını bәrpa etmәyib. İnanıram ki, millidәn qayıdanda optimal formada olacaq".
Fanat.az