"Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Fanat.az хəbər verir ki, hər iki klubumuz buna görə UEFA-dan pul alacaq.
Avropa Liqasında 4 mərhələ keçən "Qəbələ"nin qazancı "Qarabağ"dan çoхdu. Belə ki, bölgə klubu mərhələlərə görə ardıcıl olaraq 120, 130, 140 və 150 min avro alacaq. Qrup mərhələsinə görə isə 1,3 milyon avro veriləcək. Beləliklə, "Qəbələ" 1 milyon 840 min avro əldə edəcək.
"Qarabağ" Çempionlar Liqasında bir mərhələ keçib və 300 min avro qazanıb. Avropa Liqasının pley-off mərhələsinə görə 150 min, qrupa vəsiqəyə görə 1,3 milyon avro qazanacaq ağdamlıların ümumi gəliri 1 milyon 750 min avrodu.
Fanat.az