"Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidi. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi Avropa Liqaının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib: "Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün də maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Monaco" (Fransa), "Anderlext" (Belçika) və "Tottenhem"ə (İngiltərə) rəqib olub.
Fanat.az