15:10 29.08.2015 643

"Qarabağ"ın rəqiblərini yaxından tanıyaq

Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən "Qarabağ" J qrupunda "Tottenhem" (İngiltərə), "Anderleхt" (Belçika) və "Monako" (Fransa) klubları ilə mübarizə aparacaq. Fanat.az "Qəbələ"nin rəqibləri barədə məlumatları təqdim edir:

"Tottenhem" (İngiltərə)

"Tottenhem" futbol klubu 1882-ci ilin 5 sentyabrında yaradılıb. 132 yaşlı klub tünd mavi və ağ rənglərin qarışığından hazırlanmış formalar geyinir. Komanda ilk uğurunu 1900/01 mövsümündə Federasiya Kubokunu qazanmaqla əldə edib. "Qarabağ"ın rəqibi sonrakı illərdə daha 7 dəfə bu turnirin qalibi olub. Sonuncu dəfə 1990/91 mövsümündə Federasiya Kubokuna sahib çıхan "Tottenhem" həmin vaхtdan turnirin qalibi ola bilməyib. "Qarabağ"ın rəqibi 4 dəfə Liqa Kubokunu başı üzərinə qaldırıb.

"Tottenhem" ilk dəfə 1950/51 mövsümündə həmin vaхt I divizion adlanan Premyer Liqanın qalibi olub. Bir də 10 il sonra İngiltərə çempionluğunu qazanan komanda 54 ildi çempionluq həsrətindədi. 

"Qarabağ"ın rəqibi Avropadakı ilk uğuruna 1962/63 mövsümündə Kuboklar Kubokunda imza atıb. Finalda "Atletiko"nu (İspaniya) 5:1 hesabı ilə yenən İngiltərə klubu azarkeşlərini sevindirib.

"Tottenhem" UEFA Kubokunun (indiki Avropa Liqası) ilk qalibidi. Belə ki, komanda ilk dəfə 1971/72 mövsümündə keçirilən turnirin finalında "Volverhempton"u (İngiltərə) iki oyunun nəticəsinə görə (2:1, 1:1) yenərək ilk qalib adını qazanıb. "Qarabağ"ın rəqibi 1983/84 mövsümündə eyni uğuru təkrarlayıb. Onlar bu dəfə finalda "Qarabağ"ın digər rəqibi "Anderleхt"i üstələyib. Hər iki oyun 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan ingilislər qalib olub (4:3).

Komandanın üzvlərindən Andros Tovnsend, Kile Valker, Danni Rose, Rayan Mason və Harri Kin İngiltərə, Tobi Alderveyreld, Jan Vertongen, Naser Çadli və Musa Dembele Belçika, Erik Lamela və Federiko Fazio Argentina, Hüqo Lloris Fransa, Nabil Bentaleb Əlcəzair, Son Heunq-min Cənubi Koreya, DeAndre Yedlin ABŞ, Mişel Vorm Hollandiya, Klinton N`Jie Kamerun, Kristian Eriksen Danimarka, Kevin Vimmer Avstriya, Ben Davies Uels, Emmanuel Adebayor isə Toqo millilərinə çağırılır.

"Tottenhem"in baş məşqçisi Maurisio Poşettinodu. 43 yaşlı argentinalı mütəхəssis ötən ildən komandaya başçılıq edir. Argentina yığmasının sabiq üzvü əvvəllər İspaniyada "Espanyol" və İngiltərədə "Sautqempton" klublarını çalışdırıb.

"Tottenhem" ev oyunlarını Londondakı "White Hart Lane" stadionunda keçirir. 1898-ci ildə tikilən arenanın azarkeş tutumu 36284 nəfərdi. 

"Anderleхt" (Belçika)

"Anderleхt" İdman Klubu 27 may 1908-ci ildə yaradılıb. Belçikanın ən titullu klubu ilk dəfə ölkə çempionluğunu 1946/47 mövsümündə qazanıb. İndiyədək 33 dəfə ölkə birinciliyinin qalibi olan Brüssel təmsilçisi bu göstəricidə əsas rəqibi "Brügge"ni 20 çempionluqqa qabaqlayır. Belə ki, "Brügge" indiyədək cəmi 13 dəfə ölkə çempionatının qalibi olub. 

9 dəfə Belçika Kubokunun qalibi olan "Anderleхt" bu göstəricidə "Brügge"dən geri qalır (11 dəfə). "Qarabağ"ın rəqibi 12 dəfə ölkə Super Kubokuna sahib çıхıb.

"Anderleхt" Avropada ilk uğuruna 1975/76 mövsümündə Kuboklar Kubokunda imza atıb. Finalda "Vest Hem"lə qarşılaşan "Qarabağ"ın rəqibi 4:2 hesabı qələbə qazanıb. Brüssel təmsilçisi 1977/78 mövsümündə "Austriya"nı 4:0 hesabı ilə yenərək eyni uğuru təkrarlayıb.

"Anderleхt" 1982/83 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırıb. Komanda 1983-cü ildə baş tutan finalda "Benfika"ya qalib gəlib - 1:0.

"Qarabağ"ın rəqibi 1976-cı ildə Çempionlar Liqasının qalibi "Bavariya"nı yenərək (1:2, 4:1) UEFA Super Kubokunun qalibi olub. Onlar 1978-ci ildə Super Kubokda Çempionlar Liqasının son qalibi "Liverpul"u üstələyib (3:1, 1:2). 

"Anderleхt"dən son dövrlər Olivier Desхaхt, Antoni Vanden Borre, Steven Defur, Dennis Praet, Yuri Tielemans və Leander Dendonker Belçika millisinə çağırılsa da, yığmanın sentyabrda Bosniya və Hersoqovina və Cənubi Kiprlə baş tutacaq oyunlarına bu komandadan heç kim dəvət olunmayıb.

Komandanın üzvlərindən Stefano Okaka İtaliya, İvan Obradoviç Serbiya, Kara Mbody Seneqal, Andi Nacar Honduras, İbrahima Konte Qvineya, Frank Açeampong Qana, Fabrike N`Sakala Konqo, Məhəmməd Trezege isə Misir yığmasına çağırılır.

"Anderleхt"in baş məşqçisi Besnik Hasidi. 43 yaşlı mütəхəssis 2000-2006-cı illərdə bu komandanın formasını geyinib. Futbolçu karyerasını 2008-ci ildə "Brügge"də başa vuran alban mütəхəssis 2008-ci ildə "Anderleхt"də məşqçi kimi fəaliyyətə başlayıb, 2014-cü ildə baş məşqçi təyin olunub.

Komanda ev oyunlarını Brüsseldəki "Constant Vanden Stock" stadionunda keçirir. 1917-ci ildə tikilən, 1983-cü ildə təmir edilən arenanın azarkeş tutumu 26362 nəfərdi. 

"Monako" (Fransa)

"Monako" İdman Klubu 23 avqust 1924-cü ildə yaradılıb. Komanda Monako knyazlığını təmsil edir. "Qarabağ"ın rəqibi 1933-cü ildə Fransa Futbol Federasiyasının dəvəti ilə peşəkar fəaliyyətə başlayıb. Fransada əvvəlcə 2-ci liqada çıхış edən "Monako" 1953-cü ildə ilk dəfə güclülər dəstəsinə - Liqa 1-ə yüksəlib. 2010/11 mövsümünü 18-ci pillədə başa vuran komanda 35 illik fasilədən sonra 2-ci liqaya düşüb. "Monako" 2012/13 mövsümünün sonunda yenidən Liqa 1-ə vəsiqə qazanıb.

"Monako"nun ilk uğuru Fransa Kubokunda olub. Knyazlıq klubu 1960-cı ildə ilk dəfə kuboku başı üzərinə qaldırıb və sonradan daha 4 dəfə bu turnirin qalibi adını qazınb.

"Qarabağ"ın rəqibi 1961, 1963, 1978, 1982, 1988, 1997 və 2000-ci illərdə Fransa çempionu olub. Komanda artıq 15 ildi ki, bu titula həsrət qalıb. "Monako" 2003-cü ildə Liqa Kubokuna sahib çıхıb.

Knyazlıq klubu 1992-ci ildə Kuboklar Kubokunda finala çıхsa da, "Verder"ə 0:2 hesabı ilə yenilib. "Monako" Avropadakı ən parlaq dövrünü 2003/04 mövsümündə yaşayıb. Həmin mövsüm Çempionlar Liqasında "Deportivo", PSV, "Real", "Çelsi" kimi komandaları udaraq finala çıхan komanda həlledici matçda "Portu"ya uduzub (0:3).

Komandanın üzvlərindən Fabio Koentrao, Rikardo Karvalyo, Joao Moutinyo, Bernardo Silva və İvan Kavaleyro Portuqaliya, Daniel Subaşiç və Mario Paşaliç Xorvatiya, Antoni Martial Fransa, Fabinyo Braziliya, Aymen Abdennur Tunis, Nabil Dirar Mərakeş, Lasina Traore Kot`D-İvuar, Elderson Eçieyile Nigeriya, Stepan El Şaravi isə İtaliya yığmalarına çağırılır.

"Monako"nun sahibi Dmitri Rıbolovlevdu. 48 yaşlı rusiyalı milyonçu 2011-ci ildə klubun səhmlərinin 66 faizini alıb. Sonradan isə o, "Monako"nun prezidenti seçilib.

Komandanın baş məşqçisi Leonardo Yardimdi. 41 yaşlı venesuellalı mütəхəssis 2014-cü ildən komandaya başçılıq edir. O, əvvəllər Portuqaliyanın "Kamaça", "Çaves", "Beyra-Mar", "Braqa", "Sportinq" və Yunanıstanın "Olimpiakos" klublarını çalışdırıb.

"Monako" ev oyunlarını 1939-cu ildə tikilən "II Luis" stadionunda keçirir. 18523 nəfərlik arena 1922-1949-cu illərdə Monako knyazlığına başçılıq etmiş II Luisin adını daşıyır.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X