"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tottenhem" heyətinə asiyalı futbolçu qatıb. Fanat.az хəbər verir ki, İngiltərə klubu "Bayer"dən Son Heunq-mini transfer edib.
"Tottenhem" bu transferə görə almanlara 31 milyon avro ödəyib. "Bayer" Cənubi Koreyadan olan 23 yaşlı forvardı 2013-cü ildə "Hamburq"dan 10 milyon avroya almışdı.
Qeyd edək ki, koreyalı futbolçu "Bayer"də 87 oyun keçirib və 29 qol vurub. O, Cənubi Koreya yığmasının formasını geyindiyi 44 oyunda 11 dəfə fxərqlənib.
Bu arada "Bayer" artıq Son Heunq-minin yerini doldurub. Belə ki, "Leverkuzen" təmsilçisi "Qarabağ"ın digər rəqibi "Borussiya"dan (Dortmund) Kevin Kamplı 11 milyon avroya transfer edib. Dortmund təmsilçisi bu futbolçunu "Zalsburq"dan 12 milyon avroya almışdı.
Fanat.az