Henrix Mxitaryanın ardından daha bir erməninin Bakıya səfər edib-etməməsi müzakir mövzusu ola bilər. Söhbət "Qəbələ" ilə eyni qrupda yer alan "Krasnodar"ın kommersiya direktoru olan erməni Aram Fundukyandan gedir. Fanat.az xəbər xəbər verir ki, Fundukyan Rusiyada yaşasa da, milliyyətçi ermənidi.
Ümumiyyətlə, Krasnodar vilayəti ermənilərin kompakt yaşadığı bölgə sayılır. Fundukyan da həmin ermənilər arasında nüfuzu olan şəxslərdəndi. Bu şəxs həm də ermənilərin türklərə qarşı iddia etdiyi soyqırımı tanıyan və dəstəkləyən şəxslərdəndi.
Aram hətta bu yaxınlarda "Eurosport"a verdiyi geniş müsahibəsində bu məsələyə də toxunmuş, türklərin 1915-ci ildə Trabzon yaxınlığında onun nənəsinin ailəsinə hücum etdiyini, ailə üzvlərini öldürdüyün idda etmişdi. Bunu iddia edən şəxs yəqin ki, Azərbaycana da düşmən gözü ilə baxacaq. Maraqlıdı ki, Fundukyan özü hələlik püşkə münasibət bildirməyib. Onun "Qəbələ" ilə oyun üçün Bakıya gələcək "Krasnodar"ın heyətində yer alıb almayacaöı da hələlik məlum deyil.//Rekord.az
Fanat.az