Almaniya Bundesliqasında III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı doğma meydanda "Herta" ilə qarşılaşıb.
Matç "Qəbələ"nin rəqibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmundluların qollarını Mats Hummels, Pyer-Emerik Obameyanq və Adrian Ramos vurub.
Qeyd edək ki, "Borussiya" hazırda 9 xalla liderdi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol