Topaz Premyer Liqasının IV turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, milli komandanın oyunları səbəbindən liqada baş tutmuş fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası "İnter"lə yoxlama oyunu keçirməli idi.
Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. "Sumqayıt" "Qaradağ Lökbatan"la qüvvəsini sınayacaq. Həmin oyun sentyabrın 2-də "Kapital Bank Arena"da keçiriləcək və saat 18.00-da başlayacaq.
Qeyd edək ki, IV turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.
Fanat.az