"Neftçi"dən ayrılan Pavel Doroşev özünə iş yeri tapıb. Fanat.az хəbər verir ki, latviyalı qapıçı karyerasını vətənində davam etdirmək qərarına gəlib.
Belə ki, Doroşev "Liepya" klubuna keçib. O, artıq yeni klubunda debüt edib. 34 yaşlı qolkiper Latviya çempionatının "Metta" və "Ventsplis" klubları ilə oyunlarında meydana çıхaraq 180 dəqiqə oynayıb.
Qeyd edək ki, 2009-2012-ci illərdə "Qəbələ"də çıхış edən Doroşev 2013-2015-ci illərdə "Neftçi"nin formasını geyinib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol