Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsində yerləşən ölkələr arasında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.az xəbər verir ki, Kurasaonun paytaxtı Villemstadda yerli komanda Salvador yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçda "Zirə" klubununun yeni hücumçusu Rihayro Moylens də iştirak edib. O, Kurasao millisinin heyətində 78 dəqiqə oynasa da, komandasını yenilgidən xilas edə bilməyib. Bu komandalar arasında cavab görüşü 4 gün sonra San-Salvador şəhərində baş tutacaq.
Qeyd edək ki, "Zirə"də Salvador millisində çıxış etmiş Nelson Bonilya adlı hücumçu da var. Ancaq o, bu matçlar üçün millidən dəvət almayıb.
Fanat.az