Milli komandaların oyunlarına görə Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Qəbələ” Ukraynada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün toplanış çərçivəsində hazırlıq oyununa çıxıb.
"Qəbələ"nin rəqibi baş məşqçi Roman Qriqorçukun keçmiş komandası Odessanın “Çernomorets” klubu olub. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Odessa
Yoxlama oyunu
6 sentyabr
20.30 Çernomorets (Ukrayna) - Qəbələ (Azərbaycan) 0:2
Qollar: Aleksey Antonov, 11. Vitali Vernidub, 69.
Qəbələ: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Rikardinyo, Georgi Floresku, Aleksey Qay, Fakundo Pereyra, Vaqif Cavadov, Dodo, Aleksey Antonov.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol