"Qəbələ" və "qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki bir oyununun başlama saatı müəyyənləşib. Fanat.az хəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, "Qəbələ"nin III turda (22 oktyabr) "Borussiya" (Dortmund, Almaniya), "Qarabağ"ın isə IV turda "Monako" (Fransa) oyunlarının vaхtı məlum deyildi. Artıq UEFA bu qarşılaşmalarla bağlı qərar verib. Hər iki matç Bakı vaхtı ilə saat 20.00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ"nin PAOK və "Krasnodar", "Qarabağ"ın isə "Anderlext" və "Tottenhem"lə ev oyunları saat 22.00-a təyin edilib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol