21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına 3 yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, Coşqun Diniyev (Qarabağ), Elvin Camalov (Qəbələ) və Elnur Cəfərov (Xəzər Lənkəran) yığmanın düşərgəsinə qatılıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamız bu gün AFFA Futbol Məkəzindəki “Dalğa Arena”da Almaniya yığması ilə qarşılaşacaq. Qarşılaşma saat 19.00-da başlayacaq.
Fanat.az