"Mən də Ukraynanı tərk etmək istəmirdim. Amma onu da bilirdim ki, burada qalmaq çox çətin olacaq. Öz aramızda belə qərara gəldik ki, Azərbaycana yollanmaq yeni nələrisə görmək baxımından əla imkandı. Ümumiyyətlə, mən əminəm ki, ailən yanında olandan sonra hər şey yaxşı olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Qay deyib.
Futbolçu Ukrayna mətbuatına müsahibəsində ölkəmizdə preblemlə üzləşmədiyini bildirib: "Ümumiyyətlə heç bir problemlə üzləşmədim. Düzdü, mentalitet bir qədər başqadı. Yollarda bir qədər çətindi. Bakıda gəzməyi öyrənəndən sonra sənin üçün heç bir yerdə qorxulu olmayacaq".
Qay deyib ki, Azərbaycanda azarkeşlər stadiona az gəlir: "Bəzən elə oyunlar olur ki, stadion tamamilə boş qalır. Amma tez-tez dolu stadionda da oynayırıq. Mənə elə gəlir ki, biz azarkeşləri öz oyunumuzla stadiona cəlb etməliyik. Həm də Azərbaycanda futbol yenicə inkişaf edir. Hamı bu mərhələni keçir.
Fanat.az