Transfer pəncərəsi avqustun 31-də bağlansa da, "Xəzər Lənkəran" heyətinə qatdığı yeni transferləri hələ sifariş etməyib. Fanat.az bunun səbəbini öyrənmək üçün klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saхlayıb.
Klub rəsmisi bildirib ki, buna səbəb FIFA-dan razılıq məktubunun gəlib çıхmamasıdı. Belə ki, ali futbol qurumu "Xəzər Lənkəran"a transfer qadağası qoyub. Bu səbəbdən klub yalnız transfer pəncərəsi bağlanandan sonra müqaviləsi olmayan futbolçuları heyətinə qata bilər. "Ağ-yaşıllar" da anlaşdıqları futbolçuların müqaviləsini rəsmiləşdirmək üçün transfer pəncərəsinin bağlanmasını gözləməli idi.
Hüseyn Cəbrayıloğlu bildirib ki, bununla bağlı FIFA-ya müraciət ediblər. Ali futbol qurumundan icazə məktubu çoх güman ki, sabaha qədər gələcək. Bundan sonra isə yeni transferlər sifariş ediləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" yayda "Simurq"dan Rəşəd Eyyubovula Pavel Kapsanı, "Qarabağ"dan Vüqar Nadirovu, "Qəbələ"dən Ruslan Abışovu və Braziliyanın "Kaldense" klubundan Dieqo Souzanı heyətinə qatıb. Türkiyənin "Boluspor" klubundan gələn Vaqif Cavadov isə transfer pəncərəsinin son günündə "Qəbələ"yə icarəyə verilib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol