17:00 09.09.2015 506

"Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq arzumuz var"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Fanat.az sizi həmin müsahibə ilə tanış edir.

- Necə oldu ki, Odessada təlim-məşq toplanışı keçirmək qərarına gəldiz?

- Milli komandalara görə Azərbaycan çempionatında fasilə yarandı. Mən də bu vaxtı boşa vermək istəmədim. Çalışırdıq elə stadionda oyun keçirək ki, ora azarkeşlər çox gəlsin. Bunun üçün "Çernomorets"lə yanaşı,  "Dnepr"ə, Kiyev "Dinamo"suna da müraciət etmişdik. Ancaq adıçəkilən klubların planları başqa olduğu üçün Odessaya üz tutduq və sabiq klubumla qarşılaşmalı olduq. 

- Avropa Liqasının qrup mərhələsinə düşəcəyinizi gözləyirdiniz?

- Yeni komanda formalaşdırdıq. Əvvəlki heyətdən elə də çox futbolçu qalmamışdı. Məsələ buraısndadı ki, yeni transferlərin bəzisinin ideal formadan uzaq idi. Bunun üçün müəyyən çətinliklərimiz vardı. Buna rəğmən, uğur qazandıq. Bunu sözlə ifadə etmək olduqca çətindi. 

- Yəqin ki, yeni mövsümdə hədəfləriniz yüksək olacaq...

- Təbii ki, biz bu uğurlarla kifayətlənmək istəmirik. Klubu rəhbərliyi də daha böyük uğurlara imza atılmasını istəyir. Yaradılan şəraitə görə onlara minnətdaram. Bu insanlar futbol üçün çox böyük işlər görürlər. Onlar "Qəbələ"ni yeni səviyyəyə qaldırmağı hədəfləyiblər. Çempionatda bürünc medal qazanmağımızla fəxr edə bilmərik. "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq arzumuz var. Amma bu, heç də asan olmayacaq. Bu komandanın baş məşqçisinə böyük hörmətlə yanaşıram. Çünki onların necə çalışdığını görürəm. Bu komandanın da böyük təcrübəsi var, onlar da inkişaf etməyi düşünürlər.

- Kipr "Apollon"u ilə səfər oyunu zamanı stadionda baş verənləri necə xatırlayırsız?

- Kiprdə baş verənlər vəhşilik idi. Futbolda belə hadisələr olmamalıdır. Həmin hadisələrin içində olan bir şəxs kimi dəqiq deyə bilərəm ki, həmin stadion bağlanmalı idi. Stadiona toplaşanlar əllərinə keçəni meydana, futbolçulara atırdılar. Mən hələ oradakı kimi vəhşilik görməmişdim.

- Avroliqanın qrup mərhələsində sizi "Borussiya" (Dortmund, Almaniya), "Krasnodar" (Rusiya) və PAOK-la (Yunanıstan) oyunlar gözləyir...

- Nəticə qazanmaq üçün mübarizə aparacağıq. Şansımız  az olsa da, sonadək döyüşəcəyik.

- Yerli azarkeşlərdən sizə hansısa qeyri-adi hədiyyə verən olmayıb?

- Jurnalistlərdən hədiyyə almışam. Onlar mənə "aerodrom" baş geyimi hədiyyə etmişdilər. "Apollon"la cavab matçından sonra da mətbuat konfranslarında ondan istifadə etdim. Jurnalistlərdən hədiyyə almaq ikiqat qiymətlidir.

Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X