11:19 10.09.2015 603

PEN-klub Çingiz Abdullayevi biabır etdi

"Neftçi"nin Müsahidə Şurasının sədri Çingiz Abdullayev bir həftə öncə bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə kifayət qədər iddialı fikirlər səsləndirmişdi.

Fanat.az xəbər verir ki, Abdullayev özünü Azərbaycan futbolunun xilaskarı kimi təqdim etmişdi. O, bildirmişdi ki, beynəlxalq PEN-klub ondan tələb edib ki, Azərbaycan PEN-klubunun rəhbəri kimi müraciətə qol çəksin ki, Azərbaycan klubları 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılsınlar:

“Onlar təzyiq edərək "Qəbələ" ilə "Qarabağ"ı Avropa Liqasından uzaqlaşdırmaq istəyirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşdik. Mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq PEN-kluba izah etmək lazımdır. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediliblər. Bu təşkilat UEFA-ya müraciət etsəydi, Mişel Platini elə həmin gün klublarımızın hamısını üç illik cəzalandırmaq barədə qərar çıxaracaqdı. Amma biz vaxtında bu məsələni bağlaya bildik. Fikrimcə, Azərbaycan futbolu üçün böyük iş gördük”.

Ancaq korner.az saytının əməkdaşının apardığı araşdırma başqa mətləb ortaya çıxarıb. Məlum olub ki, beynəlxalq Pen-Klubda ümumiyyətlə, Cingiz Abdullayev adlı şəxsi tanımırlar. Beynəlxalq Pen-Klubun Şöbələr və Komitələr rəhbəri Pol Fineqanın məktubuna diqqət ayıraq: 

"Hörmətli Elvin,

Mәktubunuz üçün tәşәkkür edirik.

Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın hazırda heç bir nümayəndəliyi yoxdu. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.

Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.

Hörmәtlә, Pol Fineqan
PEN International"

Əslində bu cavabla bütün suallara aydınlıq gəlib. Ancaq “Pen-Klub Azərbaycan” bu durumla barışmayaraq, təkzib məktubu hazırlayıb. Hazırlayıb və qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Çingiz Abdullayevi bir daha biabır ediblər. Əvvəlcə təşkilatın vitse-prezidenti Natiq Rəsulzadənin imzası ilə komanda.az-a göndərilən təkzib məktubu ilə tanış olaq:

“İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu “PEN-KLUB Azərbaycan”ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. “PEN-Klub Azərbaycan” təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz “PEN-Klub Azərbaycan”nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər. 

3 il öncə “PEN-Klub Azərbaycan” 2 azərbaycanlı yazıçının - Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi? 

Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: “PEN-Klub Azərbaycan” bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindi, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddi. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik. 

Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu “araşdırma”nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu qeyri-peşəkarlıqdı. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın.

Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu “qaralamaq” istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdı. O, “PEN-Klub Azərbaycan”a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi bu vətənpərvər jurnalistin uğuru olardı”.

Natiq Rəsulzadə təkzib məktubunda bildirir ki, Azərbaycandakı təşkilatın beynəlxalq Pen-Klubla münasibətləri gərgindi. Onu da vurğulayır ki, “Pen-Klub Azərbaycan” müstəqil təşkilatdı və beynəlxalq təşkilatın filialı deyil. Yəni Azərbaycandakı klubun Avropadakı kluba heç bir aidiyyatı yoxdu. Elə isə Çingiz Abdullayev hansı əsasla bildirirdi ki, beynəlxalq təşkilat onunla əlaqə saxlayıb, hansısa müraciətə qol çəkməsini tələb edib? Natiq Rəsulzadə guya peşəkardı. Jurnalisti ittiham edib. Deyib ki, araşdırma apararkən onların da mövqeyini öyrənməliymiş. Başa düşülmür, jurnalist “Pen-Klub Azərbaycan”ın prezidentinin dediklərinə bu təşkilatın vitse-prezidentindənmi münasibət öyrənməliydi, yoxsa beynəlxalq təşkilatdan? Axı Çingiz Abdullayev beynəlxalq təşkilatla münasibətlərdən danışmışdı, Natiq Rəsulzadə ilə əlaqələrindən yox.

Qeyri-peşəkarlıq Çingiz Abdullayevin və Natiq Rəsulzadənin açıqlamalarıdı. Biri beynəlxalq təşkilatın adından yalan danışaraq, özünü qəhrəman kimi qələmə verməyə cəhd edib, biri isə guya təkzib verib, amma öz prezidentini biabır edib.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X