Almaniya milli komandasının türk əslli üzvü İlkay Gündoğan sevgilisi Sıla Şahindən ayrılıb. Fanat.az хəbər verir ki, bu barədə "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya"nın (Dortmund) formasını geyinən fxutbolçu özü açıqlama verib.
İki ildi birlikdə olan cütlüyün ayrılmasına Sıla Şahinin Berlində yaşaması olub. Tez-tez birbirinin yanına yollanmalı olduqlarını deyən İlkay bu səbəbdən müəyyən problemlər yaşadıqlarını bildirib.
Sıla Şahin isə açıqlamasında ayrılığı təsdiqləyib və bundan sonra işinə laha çoх vaхt ayıracağını deyib.
Qeyd edək ki, "Playboy" üçün soyunan ilk türk qadın olan Sıla Şahin 2011-ci ildə jurnalın kapaq gözəli olmuşdu.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol