"Bu, Serbiyayla oyundan fərqli olaraq rəsmi matç idi. Əsas heyətdə meydana çıxacağımı oyuna 2 gün qalmış bilirdim". Fanat.az xəbər verir ki, bu sözləri ilk dəfə milli komandada rəsmi oyuna çıxan Məhəmməd Mirzəbəyov deyib.
"Qəbələ"nin 25 yaşlı müdafiəçisi daha öncə iyunun 7-də Serbiya yığmasıyla Avstriyada keçirilən yoldaşlıq görüşündə (1:4) forma geyinmişdi. Məhəmməd “Qəbələ”də olduğu kimi, millidə də rəsmi debütündə nəticə qazandıqlarına görə sevindiyini bildirib: "Robert Prosineçkinin məni oynadacağını hələ məşqlərdə hiss etmişdim. Sevinirəm ki, həm baş məşqçinin etimadını doğrultdum, həm də güclü rəqiblə oyunda xal qazandıq. Hər halda, Xorvatiya Avropanın ən güclü yığma komandalarından biridi. Təbii ki, belə rəqiblə matçda rəsmi debütüm, onun da uğurlu alınması məni çox sevindirdi. Söz yox, “Real, “Barselona” və “Yuventus” kimi güclü klublarda çıxış edən futbolçulara qarşı oynamaq çətin idi. Ancaq şükür ki, rəqibin güclü təzyiqinə dözdük və xal qazandıq. Əlbəttə, məqsədim, həm də klubumuzu layiqincə təmsil etmək idi. Düşünürəm ki, “Qəbələ”li futbolçular da yaxşı təsir bağışladı”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol