Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəlində dəyişikliklər olub. Mübarizəni 4-cü mərhələdə dayandıran sonuncu komandamız “Qarabağ” Frankfurt “Ayntraxt”ıyla matçlarda “daxıla qəpik atmasa da”, Azərbaycan mövqeyində qalıb.
Cari mövsüm topladığımız əmsalların ümumi sayı 2,500-dü. Bunun 1,375-i 5 qələbə və 1 heç-heçəsi olan “Qarabağ”ın gətirdiyi qazancdı. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 toplayıb.
Son 5 mövsümdə yığdığımızın cəminə gəlincə, hesabımızda 10,375 əmsal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidi. Təqibçilərimizdən 3-nün qrupda komandası olacaq. Söhbət Sloveniya, Moldova və Qazaxıstandan gedir. Ancaq aradakı əmsal fərqini nəzərə alsaq, durum o qədər də qorxulu deyil. Başqa sözlə, gələn avrokubok mövsümünün startınadək 30-cu pillədə “əyləşmək” şansımız çoxdu.
...25 Serbiya 14,125
26 Norveç 14,075
27 Bolqarıstan 12,125 (1)
28 Macarıstan 11,625
29 Slovakiya 11,000
30 AZƏRBAYCAN 10,375
31 Gürcüstan 9,875
32 Sloveniya 9,500 (1)
33 Moldova 9,125 (1)
34... Qazaxıstan 7,750 (1)
Fanat.az