“Qəbələ”nin hücumçusu Aleksey Antonov “İnter”lə oyundan sonra futbolxeber.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- “Qəbələ” cari mövsüm ilk dəfə Premyer Liqada məğlubiyyət acısı yaşadı. Qarşılaşma haqda nə deyə bilərsən?
- Məğlub olduq. Qarşılaşmanın gedişində müəyyən səhvlər buraxdıq. Buna görə də yekunda uduzduq. Əla oynadığımızı söyləmək olmaz.
- Bəlkə komandanın fikri PAOK-la oyunda idi?
- Yox. Biz ancaq “İnter”lə oyunu düşünürdük. Birinci hissədə ardıcıl 2 qol buraxdıq və bu, komandaya pis təsir etdi.
- Bugünkü məğlubiyyət PAOK-la oyunda komandaya psixoloji cəhətdən problem yarada bilər?
- Bu oyunu unutmalıyıq. Buraxdığımız səhvləri götür-qoy etməliyik.
- Bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyin müsahibədə azərbaycanlı jurnalistlər haqda səsləndirdiyin fikirlər çox pis qarşılanıb. Bundan xəbərin var?
- Siz düz oxumusuzunusa, görə bilərsiniz ki, mən azərbaycanlı jurnalistlər haqda pis söz deməmişəm.
- Amma sənin dediyin sözləri bütün jurnalistlər özünə götürüb.
- Nəyə görə ki? Orada mən konkret bir sual haqda danışmışam.
- Axı bütün jurnalistləri qeyri-peşəkarlıqda ittiham etmisən...
- Elə söz deməmişəm. Mən konkret jurnalistlər barədə heç bir fikir bildirməmişəm.
- Sosial şəbəkədə əksər jurnalistlər səni boykot etmək istədiklərini yazıblar.
- Bu sizin haqqınızdır. Amma yenə deyirəm ki, mən heç kimi incitmək istəməmişəm.
- Amma bildirmisən ki, Azərbaycan mətbuatını oxumursan.
- Mən sadəcə bir suala görə narazılığımı bildirmişəm və nümunə də gətirmişəm.
- Jurnalistin məgər futbolçudan oyunu barədə soruşmağa haqqı yoxdu?
- Oyun barədə soruşmadılar. Mənə orda ümumiyyətlə sual verilmədi. Jurnalist əminliklə oyunum haqda mənfi fikir səsləndirdi.
- Jurnalist futbolçuya “Niyə pis oynadın” sualını ünvanlaya bilməz?
- Mən məgər jurnalislərin işini qiymətləndirirəm?
- Bu, bizim işimizdir.
- Belə çıxır mən də nə olsa, jurnalistlər haqda deyə bilərəm? Mənə qalmaqala lazım deyil. Təkrar edirəm ki, heç kimi incitmək istəməmişəm. Jurnalistləri təhqır etməmişəm.
- Deməli, Aleksey Antonovun azərbaycanlı jurnalistlərlə heç bir problemi yoxdur?
- Əlbəttə ki, yox. Birinci dəfə deyil ki, sizə müsahibə verirəm. Sizin haqqınızda hər hansı pis söz deməmişəm.
Fanat.az