"Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. Fanat.az хəbər verir ki, komanda Moskva "Dinamo"sunu qəbul edib.
Oyun "Krasnodar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Krasnodar"ın heyətində Pavel Mamayev dubl edib, Rikardo Laborde və Adil Əhmədov hərəyə bir qol vurub. "Qəbələ"nin rəqibi 8 turdan sonra 12 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə 1:2 hesabı ilə yenilib. Rəqiblərindən "Borussiya" (Dortmund) "Hannover 96"ya 4:2, PAOK "Veria"ya 2:0 hesabı ilə qalib gəlib.
Fanat.az