Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - PAOK (Yunanıstan) oyununun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı ispan hakimlərə tapşırıb.
Matçda ədaləti Xavyer Estrada qoruyacaq. Ona Migel Martines və Teodoro Sobrino yardım edəcək. 4-cü hakim fxunksiyasını Dieqo Barbero Sevilla yerinə yetirəcək. Aleхandro Hernandes və Santiaqo Ceyme isə oyunun əlavə köməkçi hakimləri olacaq.
Qeyd edək ki, 1976-cı ildə Barselonada doğulan Xavyer Estrada 2013-cü ildən FIFA referisidi. O, indiyədək klublarımızın və yığmalarımızın oyunlarına təyinat almayıb.
Fanat.az