"Xəzər Lənkəran"ın yayda heyətinə qatdığı, amma FIFA-nın məlum qadağası səbəbindən oynaya bilməyən Dieqo Souza komandanı tərk edə bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçuya iki təklif var.
Təklif göndərənlər Azərbaycan klublarıdı. Onların adlarını da dəqiqləşdirmişik. Əldə etdiyimiz məlumata görə, Dieqonu "Kəpəz"lə "Zirə" heyətiqə qatmaq istəyir. Məsələ yaхın günlərdə həllini tapacaq.
Amma ola bilər ki, "Xəzər Lənkəran" FIFA-nın qərarından verdiyi şikayətlə bağlı CAS-ın qərarını gözləsin.
Fanat.az