"Qəbələ"nin yeni transferi Ruslan Abışov sport7.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- "Xəzər Lənkəran"dan ayrılmağınız barədə nə deyə bilərsiz?
- Bu, futboldu. Futbolda da belə şeylər olur. "Xəzər Lənkəran"dan yaxşı münasibətlə ayrıldım. Klub rəhbərliyi və futbolçularla sağollaşdım. İnanıram ki, bu gənc heyətlə də cənublular yaxşı çıxış edəcək.
- Ümumiyyətlə, belə durumun yaranacağını gözləyirdiz? Nəzərə alaq ki, "Xəzər Lənkəran"a böyük ümidlərlə transfer olmuşduz...
- Bunu heç birimiz gözləmirdik. Buna baxmayaraq, sona qədər səbrli davrandıq. Sonda isə hamımız üçün daha yaxşı olanını seçib ayrılmağa qərar verdik.
- "Qəbələ"yə qayıdışı necə şərh edərdiz?
- "Qəbələ" üçün çox darıxırdım. Düzü, bu klubda özümü çox rahat hiss edirəm. Şadam ki, yenidən öz komandama qayıtdım.
- Adınız UEFA-ya göndərilən sifariş ərizəsinə daxil edilmədiyi üçün Avropa Liqasının qrup mərhələsində çıxış edə bilmyəcəksiz. Bu, sizə psixoloji olaraq mənfi təsir etməyəcək ki?
- Avroliqada çıxış etməyi çox istərdim. Düzdü, "Rubin"in heyətində bu xoşbəxtliyə nail olmuşam. Fikrimcə, "Qəbələ" forması ilə çıxış etsəydim, daha maraqlı olardı. Nə edək? Deməli, qismət belə imiş.
Fanat.az