"Biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla artıq tarix yazmışıq. Amma daha da artığına nail olmaq istəyirik. "Bilirik ki, bu, çox çətin olacaq. Biz hər şeyə rəğmən, uğur qazanmaq üçün çalışacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib.
Yunanıstan mətbuatına açıqlama verən braziliyalı bunları deyib: "Qəbələ" rəqabətədavamlı komandadı. Öz gücümüzə və qrupdan çıxacağımıza inanırıq. Dortmund "Borussiya"sı qrupumuzun aşkar favoritidi. Qrupun qalan klubları isə demək olar ki, eyni səviyyəyə malikdi. İstəyimizə çatmaq üçün sonadək mübarizə aparmağımız lazımdı".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol