Azərbaycan milli komandasının məşqçiləri klublarımızın bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunları izləyəcək.
Fanat.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Qordan Tsipriç İngiltərənin London şəhərində keçiriləcək “Tottenhem” - “Qarabağ” oyununa baxacaq. Baş məşqçi Robert Prosineçki özü və digər köməkçiləri isə “Bakcell Arena”da “Qəbələ” - PAOK qarşılaşmasını izləyəcək.
Fanat.az