"Komandam yaxşı oynadı. Amma qələbə qazana bilmədik və bir xalla kifayətlənməli olduq. Fikrimcə, bu da pis nəticə deyil. Çünki uduza da bilərdik. "Qəbələ" ilə səfərdə oynamaq asan olmadı. Həm də ilk oyunlar heç vaxt asan keçmir". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (0:0) sonra PAOK-un baş məşqçisi İqor Tudor deyib.
Yunanıstan klubunun xorvat baş məşqçisi matçla bağlı fikirlərini bildirib. O, "Yunan klubu yenə “Qəbələ”yə qalib gələ bilmədi" fikrinə belə cavab verib: "Salonikidə qalib gələrik (gülür). Azərbaycan futbolu inkişaf edir. Robert Prosineçkinin Azərbaycan yığmasına cəlb olunması buna təkan verən məqamlardandı. Komandalar da daha keyfiyyətli oyunçuları öz heyətlərinə daxil etmək üçün pul xərcləyirlər. Bu da futbolun inkişafına kömək edir".
Fanat.az