PAOK-un futbolçusu Robert Mak "Qəbələ" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, slovakiyalı futbolçu bunları deyib:
"Qəbələ" ilə görüşdən bir xalla ayrıldıq. Halbuki, 3 xal da qazana bilərdik. Oyun çətin keçdi. Çünki rəqib yaxşı müdafiə olundu. Çox təəssüf ki, qol vura bilmədim. Hansı ki, 3 dəfə qol vurmaq şansım oldu. Matça əlavə edilmiş 4-cü dəqiqədə daha real imkanım olsa da, rəqib qapıçı yaxşı oynadı. Ümid edirəm ki, qarşıdakı görüşlərdə bu çatışmazlığı aradan qaldıracam".
Fanat.az