"Qəbələ" Bakı Metropoliteni ilə bağlı açıqlama yayıb. Fanat.az açıqlamanı təqdim edir:
Avropa Liqası çərçivəsində keçirilmiş "Qəbələ" - PAOK matçının gec saatlarda başa çatacağını nəzərə alan klubumuz oyundan öncə Bakı Metropoliteninə müraciət edərək, iş rejiminin saat 01.30-a qədər davam etməsi ilə bağlı razılıq əldə etmişdi. Saat 23.50-də başa çatan oyundan sonra saat 01.00-a qədər metronun giriş, 01.40-a qədər çıxış qapıları açıq olub. Yaranmış anlaşılmazlıqla bağlı, bildiririk ki, metropolitenin mətbuat xidmətinin klubumuza verdiyi məlumata görə, giriş qapılarının saat 01.00-da bağlanmasına səbəb sərnişinlərin metroya gəlməməsi olub. Klubumuz komandanın növbəti matçlarında da azarkeşlərin stadiona rahat gediş-gəlişi üçün lazımi tədbirlər görəcək".
Fanat.az