Topaz Premyer Liqasında V turun oyunları davam etdirilir. Fanat.az хəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Tottenhem"lə səfər oyunundan dönən "Qarabağ" "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda baş tutan oyunda hesab 38-ci dəqiqədə penaltidən açılıb. "Kəpəz"in qapısına təyin olunan 11 metrlik zərbəni baş məşqçi Coşqun Diniyevin oğlu dəqiq yerinə yetirib. 49-cu dəqiqədə Bəxtiyar Soltanov tarazlığı bərpa etsəd də, bir dəqiqə sonra "Qarabağ"ın heyətində ikinci rəsmi Premyer Liqa oyununa çıxan Samuel Armenteros ardıcılı ikinci qoluna imza atıb. İsveçli futbolçu yenə sonradan meydana çıxaraq fərqlənib. 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov "Qarabağ"ı sevindirib. 90-3-cü dəqiqədə Şəhriyar Rəhimov fərqi azaltsa da, "Kəpəz"in bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, bu gün baş tutacaq digər matçda "Neftçi" "Xəzər Lənkəran"ı
qəbul edəcək. "Böyük oyun" saat 21.00-da başlayacaq. Turun iki matçı dünən keçirilib. "İnter" AZAL-ı 1:0, "Zirə" "Rəvan"ı 2:1 hesabı ilə yenib. Tura sabah baş tutacaq "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, II tur
20 sentyabr
Kəpəz - Qarabağ 2:3
Qollar: Bəxtiyar Soltanov, 49. Şəhriyar Rəhimov, 90+3 - Coşqun Diniyev, 38-pen. Samuel Armenteros, 50. Elvin Məmmədov, 74-pen.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (80. Tural Rzayev, 76), 8. Budaq Nəsirov, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev (15. Azad Kərimov, 78), 27. Bəxtiyar Soltanov, 68. Rəşad Eyyubov.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 23. Tural Nərimanov, 77. Ziyabil Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon (90. Samuel Armenteros, 46), 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev (20. Riçard Almeyda, 57), 91. Coşqun Diniyev (9. Reynaldo Silva, 81).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 73 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 18 (əl ilə oynadığına görə). Riçard Almeyda, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu. 20.000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 5 | 4 | 1 | 0 | 10-5 | 13 |
2 | İnter | 5 | 3 | 1 | 1 | 4-3 | 10 |
3 | Zirə | 5 | 2 | 3 | 0 | 4-2 | 9 |
4 | Qəbələ | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
5 | Neftçi | 4 | 2 | 1 | 1 | 5-3 | 7 |
6 | Xəzər Lənkəran | 4 | 1 | 2 | 1 | 4-3 | 5 |
7 | Kəpəz | 5 | 1 | 2 | 2 | 4-5 | 5 |
8 | Sumqayıt | 4 | 0 | 3 | 1 | 2-3 | 3 |
9 | Rəvan | 5 | 0 | 2 | 3 | 4-8 | 2 |
10 | AZAL | 5 | 0 | 0 | 5 | 0-7 | 0 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ), Rəhman Hacıyev (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter), Aleksey Antonov (İnter), Fəhmin Muradbəyli (Neftçi), Tural Qürbətov (Rəvan), Samuel Armenteros (Qarabağ), Şəhriyar Rəhimov (Kəpəz) - 2. |
Fanat.az