Topaz Premyer Liqasının IV turunun “Kəpəz” - "Qarabağ" oyununda (2:3) yeni rekord qeydə alınıb. Fanat.az xəbər verir ki, Gəncədəki matçı 20.000 tamaşaçı izləyib.
Cari mövsümün bundan əvvəlki hər iki rekordu Gəncədə qeydə alınmışdı. II turun turun "Kəpəz" - "Zirə" oyununa (1:1) 12500 azarkeş toplaşmışdı ki, bu da son 4 mövsümün rekordu hesab olunurdu. Belə ki, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində belə yüksək rəqəmə təsadüf olunmamışdı. Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran” - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” - “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” - “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi.
"Kəpəz" II turdakı rekordunu IV turda qırmışdı. Həmin turda baş tutan "Kəpəz" - AZAL matçını 13500 azarkeş izləmişdi. Eyni göstərici bu oyundan əvvəl 2011/12 mövsümünün “Xəzər Lənkəran” - “Qarabağ” matçında qeydə alınmışı. Həmin oyun 2012-ci ilin 11 mayında baş tutmuşdu.
Fanat.az